AZ
Haqqımızda

“Metal - ETM” MMC müəssisəsi alət müəssisəsi olmaqla, satışa geniş nomenklaturada alət təklif etmək üzrə ixtisaslaşmışdır. Müəssisəmiz bu sahə üzrə bazarda 1989-cu ildən işləyir. Azərbaycan Respublikasının bütün ərazisində və Russiya Federasiyasında yüzə qədər müəssisələrlə müştəri kimi daimi əlaqələrimizin olması etibarlı partnyor olmağımıza dəlalət edir.

“Metal - ETM” MMC –ni fərqləndirən başlıca xüsusiyyət:

bizim nəin ki, hazır əmtəə, həm də xidmətlər təklif etməyimizdir.

  • Biz müştərinin istəyi ilə alətləri ixtiyarı miqdarda və çox geniş nomenklaturada (metalemalı, ölçü, abraziv, çilingər-quraşdırma, elektrik pnevmatik, avtomobillərə və boru kəmərlərinə xidmət və s.) komplektləşdiririk.
  • Ambarımızda daha çox tələb olunan alətlərin geniş çeşiddə daim mövcudluğunu təmin etməyimiz müştərilərimiz üçün əlverişli imkanlar yaradır.
  • Konkret iş şəraitinə uyğun alətlərin optimal seçimini etmək üzrə müştərilərimizə mütəxəssis məsləhəti veririk.

Hazırda müəssisəmiz alətləri və dəzgahları aparıcı alət və dəzgah istehsalçılarından bilavasitə əldə edir.“Metal - ETM” MMC – bir sıra xarıcı alət firmalarının (Rusiya Federasiyası, Ukrayna, Litva, Belarus Respublikası, İsveç, Yaponiya, ABŞ, Çin, Almaniya) distrebüteridir. Dünya alət bazarının konyukturasını bilərək və istehsaçılardan böyük endirimə nail olaraq müştərilərimizə yüksək keyfiyyətli alətləri istehsalçı-firmaların kataloq qiymətlərindən aşağı qiymətlərlə təklif etmək imkanımız var.

Biz təklif etdiyimiz məhsulun çeşidini xeyli genişləndirməyə, istehsalçılarımızın tələbatını dolğun ödəməyə çalışırıq və istənilən növ alət istehlakçılarına yönəlmişik. Odur ki, müştərilərimizin dairəsi ilbəil genişlənir.

Ümüdvarıq ki, təkliflərimiz Sizi maraglandıracaq və Siz də müəssisəmizin müştərisi olacaqsınız.

Sizə uğurlar diləyirik.

“Metal-ETM” MMC–nin direktoru
Hüseynov F.S.

© 2013 "Metal ETM" – All rights reserved